Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 10 %-dən çox azaldıb | Banco.az

Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 10 %-dən çox azaldıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 122 milyon 968,9 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

 Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin 10 ayı ilə müqayisədə 10,5 % azdır.

Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.

10 ayda Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb.