Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20%-dən çox artıb | Banco.az

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20%-dən çox artıb

2025-ci il fevral ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 29 325.3 milyon manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu cari ilin əvvəli ilə müqayisədə 37.1 milyon manat çoxdur.

2024-cü ilin fevral ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 20.4% və ya 4 mlrd. 962.8 mln. manat artıb. Belə ki, ötən ilin fevral ayının 1-nə kredit qoyuluşlarının həcmi 24 362.5 mln. manat təşkil edib.