Azərbaycan İpoteka Fondunun aktivləri 20% artıb | Banco.az

Azərbaycan İpoteka Fondunun aktivləri 20% artıb

“Azərbaycan İpoteka Fondu” ASC-nin aktivləri 2017-ci ilin əvvəlindən 14,04%, illik müqayisədə isə 19,51% artaraq cari il iyulun 1-nə 790 412 787 manata çatıb. Aktivlərin 74,59%-i və ya 589 577 151 manatı ipoteka kreditləri, 7,52%-i və ya 59 460 329 manatı banklarda yerləşdirilmiş depozitlər, 15,25%-i və ya 120 508 340 manatı ödəniş tarixinədək saxlanılan investisiyaların payına düşür.

“Report” bu barədə Azərbaycan İpoteka Fonduna istinadən xəbər verir.

Fondun cəmi öhdəlikləri ilin əvvəlindən və illik müqayisədə hər iki halda 19,02% artaraq 409 301 836 manata yüksəlib. Nizamnamə kapitalı 6,78% artaraq 365 927 110 manat təşkil edib. Cari il iyulun 1-nə bölüşdürülməmiş mənfəət 7 053 987 manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,76% çox, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 3,6 dəfə azdır.