Bu ilin I yarısında Azərbaycanda 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyi xəbər verir ki, hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 1,9 milyon tonu (kondensat) “Şahdəniz” yatağının, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.
Bu dövrdə 11,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,9 milyon tonu konsorsiumların, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
6 ay ərzində xam neft hasilatı orta hesabla gündəlik 61.9 min ton (457 min barrel), kondensat hasilatı 13,7 min ton (113 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,6 min ton (570 min barrel) olub.
Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.
“Azəri-Çıraq-Günəşli” 1 iyul 2025-ci il tarixinə qədər 660,1 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 609,5 milyon ton neft, 236,5 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 iyun 2025-ci il tarixinədək 658,1 milyon ton neft ixraca nəql edilib.