Azərbaycan ət idxalına çəkdiyi xərci azaldıb | Banco.az

Azərbaycan ət idxalına çəkdiyi xərci azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 15 milyon 714 min ABŞ dolları dəyərində 7 min 462 ton ət idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 8,8%, dəyəri isə 9,9% və ya 1 milyon 728 min dollar azalıb.

Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 17 milyon 442 min dollar dəyərində 8 min 180 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,38%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram