Azərbaycan elektrikli avtomobil idxalını azaldıb | Banco.az

Azərbaycan elektrikli avtomobil idxalını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-may aylarında 767 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilk 5 ayda ölkənin elektromobil idxalının dəyəri isə 25 milyon 761 min dollar olub. 2025-ci ilin yanvar-may aylarında elektromobil idxalı 2024-cü ilin eyni ayları müqayisədə miqdar baxımından 483 ədəd, dəyər ifadəsində isə 27 milyon 739 min dollar və ya 2,1 dəfə azalıb.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 1 250 ədəd, dəyəri 53,5 milyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram