Azərbaycan dünya nəhəngləri arasında | Banco.az

Azərbaycan dünya nəhəngləri arasında

Dünya Bankı 2013-cü il üzrə dünyanın 191 ölkəsinin ümumi daxili məhsulun (ÜDM) həcminə görə reytinqini açıqlanıb. 

Hesabata əsasən Azərbaycan ÜDM-in həcminə görə dünya ölkələri arasında 67-ci, MDB məkanında isə 4-cü yerdə qərarlaşıb.

Hesabatda bildirilir ki, MDB məkanında Rusiya, Qazaxıstan və Ukraynadan sonra ən iri iqtisadiyyata malik ölkə 73,6 milyard dollarlıq ÜDM-lə Azərbaycandır. Reytinq göstəricisində Belarus 71,6 milyard dollarlıq ÜDM-lə Azərbaycandan sonra qərarlaşıb. 

Özbəkistan 56,8 milyard dollarlıq ÜDM-lə Belarusdan bir pillə aşağıdadır. MDB-yə daxil olmayan keçmiş Sovet respublikalarından Litvanın 42,3 milyard, Latviyanın 28,4 milyard, Estoniyanın isə 24,5 milyard dollarlıq ÜDM-i vardır. Gürcüstan iqtisadiyyatının həcmi 16,1 milyard dollardır. Ermənistan 10,4 milyard dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən (135) birindədir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com