Müəllif: Gülnar Əhmədli, Banco.az
Çexiya bu ilin yanvar ayında Azərbaycandan 38 milyon 454 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 163 milyon 810 min dollar və ya 5,3 dəfə azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 82 min 403 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 282 min 266 ton və ya 4,4 dəfə azalma deməkdir.
Qeyd edək ki, yanvar ayında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
