Azərbaycan buğda idxalını 56 % artırıb | Banco.az

Azərbaycan buğda idxalını 56 % artırıb

Bu ilin I yarısında Azərbaycan 602 min 255 ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu həcmdə buğdanın idxal dəyəri 130 milyon 661 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 216 min 233 ton (56 %), dəyər baxımından isə 45 milyon 482 min ABŞ dolları (53,4%) çoxdur.

6 ay ərzində buğda idxalı Azərbaycanın ümumi idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.