Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 18,3 milyard kubmetr qaz ixrac edib.
Bu barədə Energetika Nazirliyi xəbər verir.
Məlumata görə, hesabat dövründə Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz nəql edilib.
Bildirilib ki, yanvar-sentyabr aylarında ixrac edilən qazın 7,3 milyard kubmetri Türkiyənin (o cümlədən TANAP-la 4,3 milyard kubmetr), 1,6 milyard kubmetrə yaxını isə Gürcüstanın payına düşüb.