Azərbaycan Bolqarıstana neft ixracını azaldıb | Banco.az

Azərbaycan Bolqarıstana neft ixracını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Bolqarıstana 48 milyon 231 min dollar dəyərində 79 min 260 ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 2 milyon 242 min dollar və ya 4,9% artıb.

Bolqarıstana neft ixracının həcmi isə ötən ilin yanvar-oktyabr aylarına nisbətdə 2% azalıb. 

Qeyd edək ki, ötən ilin 10 ayında bu ölkəyə ixrac edilən neftin dəyəri 45 milyon 989 min dollar, miqdarı isə 80 min 853 ton olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram