Azərbaycan BƏƏ-yə qeyri-neft məhsullarının ixracını 2 dəfədən çox artırıb | Banco.az

Azərbaycan BƏƏ-yə qeyri-neft məhsullarının ixracını 2 dəfədən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın BƏƏ-yə qeyri-neft məhsullarının ixracı illik müqayisədə 31 milyon 543 min dollar və ya 2,5 dəfə artıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin birinci yarısında BƏƏ-yə qeyri-neft ixracının dəyəri 53 milyon 16 min dollar təşkil edib. 

2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 21 milyon 473 min dollar olub. 

Qeyd edək ki, birinci yarımildə Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 1 milyard 754 milyon 65 min dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram