Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2025-ci ilin yanvar-iyun aylarında 576.6 mln. manat xalis mənfəət, 881 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 6.1% azalıb və 0.6% artıb.
Məlumata görə, cari ilin ilk 6 ayında banklar tərəfindən 134.1 mln. manat (8.1% çox) məbləğində mənfəət vergisi ödənilib.
Bizi sosial şəbəkələrdən izləyin!!