Azərbaycan banklarının valyuta mübadiləsi üzrə gəlir marjası 4% azalıb | Banco.az

Azərbaycan banklarının valyuta mübadiləsi üzrə gəlir marjası 4% azalıb

Bu ilin I yarısında Azərbaycanda kommersiya banklarının 1 ABŞ dolları üçün gündəlik ortalama alış məzənnəsi rəsmi məzənnədən 0.27%, satış məzənnəsi isə 0.13% fərqli olub.

Bu barədə  Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı" xəbər verir.

    Beləliklə, Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6954 manatdan alıb, 1,7022 manata satıb. Banklar hər 100 dolların alqı-satqısından 68 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4.2% azdır.

    Xatırladaq ki, ötən ilin müvafiq dövründə kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6950 manat, satış məzənnəsi isə 1.7021 manat təşkil edib.