Azərbaycan bankı səhmdarlarına dividend ödəyəcək | Banco.az

Azərbaycan bankı səhmdarlarına dividend ödəyəcək

İyulun 28-də, saat 11:00-da "Kapital Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banco.az  xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvannında ("Port Baku Towers 2") olacaq.

Yığıncağın gündəliyinə 2025-ci maliyyə ilinin yekunlarına əsasən "Kapital Bank"ın səhmdarlarına dividend ödənilməsi və Bankın Müşahidə Şurasının əsasnaməsində dəyişiklik edilməsi daxildir.

Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.

report