Azərbaycan Avropaya yaşıl enerji dəhlizini uzadacaq | Banco.az

Azərbaycan Avropaya yaşıl enerji dəhlizini uzadacaq

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2030 cu ilə qədər bərpa olunan enerji mənbələri (BOEM) sahəsində 7 GVt istehsal gücü istifadəyə verilə bilər.

Banco.az xəbər verir ki, bunun Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov bu gün Bakıda keçirilən “Caspian Energy Forum”da deyib.

Qeyd olunub ki,  Azərbaycan bunun  2 GVt-nı daxili bazarın təmin edilməsinə sərf etməyi planlaşdırır.Orxan Zeynalov vurğulayıb ki, nəzərdə tutulan  4 GVt Avropaya ixrac ediləcək. Bu ixracın logistik xəritəsi Qara dəniz vasitəsilə Azərbaycan -Gürcüstan - Avropaya nəzərdə tutulub.

Eyni zamanda, yaşıl enerji dəhlizinin 1 GVt-lıq istehsal gücü Naxçıvan MR üzərindən Türkiyə və Avropaya ixrac ediləcək. O da vurğulanıb ki, Azərbaycan gələcəkdə Mərkəzi Asiyaya yaşıl enerji dəhlizi uzatmaq niyyətindədi.