Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Almaniyaya qeyri-neft məhsullarının ixracı illik müqayisədə 16 milyon 518 min dollar və ya 55,3% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında Almaniyaya qeyri-neft ixracının dəyəri 46 milyon 379 min dollar təşkil edib.
Ötən ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 29 milyon 861 min dollar olub.
Qeyd edək ki, 11 ayda Azərbaycanın qeyri-neft ixracından gəlirləri 3 milyard 90 milyon 619 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!