Azərbaycan ABŞ-yə investisiyalarını 47% artırıb | Banco.az

Azərbaycan ABŞ-yə investisiyalarını 47% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ildə Azərbaycan ABŞ iqtisadiyyatına 130 milyon 239 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 41 milyon 712 min ABŞ dollar və ya 47,1% çoxdur.

Hesabat dövründə Azərbaycanın ABŞ iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 5,2% təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 528 milyon 104 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram