Azərbaycan 9 ayda elektromobil idxalını artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 121 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--over-time.tpl.php).

Azərbaycan 9 ayda elektromobil idxalını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-sentyabr aylarında elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 2 245 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin 9 ayında ölkənin elektromobil idxalının dəyəri 88 milyon 620 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 127 ədəd, dəyər ifadəsində isə 2 milyon 738 min dollar və ya 3,2% artıb.

Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 2 118 ədəd, dəyəri isə 85,9 milyon dollar təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram