Azərbaycan 646 min tondan çox buğda idxal edib | Banco.az

Azərbaycan 646 min tondan çox buğda idxal edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-iyul aylarında 140 milyon 138 min ABŞ dolları dəyərində 646 min 335 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 36,6%, həcmi isə 40,3% artıb.

Ötən ilin eyni dövründə idxal edilən buğdanın dəyəri 102 milyon 620 min dollar, miqdarı isə 460 min 645 ton olub

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 216,8 dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü (222,8 dollar) ilə müqayisədə 2,7% və ya 6 dollar azdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram