Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna (ADF 14) 2 milyon ABŞ dolları məbləğində töhfə verəcək.
Bu barədə Asiya İnkişaf Bankının Azərbaycan üzrə idarəçisi, maliyyə naziri Sahil Babayevin bank rəhbərlərinin işgüzar sessiyasına müraciətində bildirib.
O, Asiya İnkişaf Fondunun iqlim dəyişikliyi ilə mübarizədə və regionun ən yoxsul, ən həssas ölkələrinin dəstəklənməsində oynadığı mühüm rolu qeyd edərək Fondun təcili ekoloji problemlərin həlli üçün lazımi maliyyə vəsaiti ayırdığını deyib.
Nazir əlavə edib ki, Azərbaycan ADF-nin fəaliyyətini dəstəkləyir, onun iqlim problemlərinin aradan qaldırılmasında və regionda davamlı inkişafın təşviqində əhəmiyyətini qəbul edir: “Bununla bağlı ADF 14-ə 2 milyon dollar töhfə vermək üçün lazımi addımlar atır”.
apa