Azərbaycan 10 ayda 1 milyon tondan çox buğda idxal edib | Banco.az

Azərbaycan 10 ayda 1 milyon tondan çox buğda idxal edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-oktyabr aylarında 217 milyon 690 min ABŞ dolları dəyərində 1 milyon 9 min 614 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 5,9%, miqdarı isə 6,4% artıb.

Ötən ilin eyni dövründə idxal edilən buğdanın dəyəri 205 milyon 427 min dollar, miqdarı isə 948 min 815 ton olub

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 215,6 dollar olub ki, bu da 2024-cü ilin eyni dövrü (216,5 dollar) ilə müqayisədə 0,4% və ya 0,9 dollar azdır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram