Müəllif: Gülnar Əhmədli, Banco.az
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-may ayları ərzində 6.7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın may sayına istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 3.4 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur.
Qeyd edək ki, AZAL 2024-cü ilin yanvar-may aylarında ixracdan 3.3 milyon ABŞ dolları gəlir əldə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!