Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-noyabr aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 165 mln. 605 min manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, yığımlar 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 milyon 433 min manat və ya 7.4% artıb.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 4.5% və ya 5 milyon 308 min manat artaraq 123 mln. 690 min manata yüksəlib.
Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 154 mln. 173 min manat, ödənişlərin məbləği isə 118 milyon 383 min manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
