Avtomobil satışında dünya lideri açıqlandı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avtomobil satışında dünya lideri açıqlandı

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiyanın “Toyota Motor” şirkəti avtomobil satışına görə ardıcıl beşinci ildir ki, dünyada birinci yeri tutur.

Banco.az xəbər verir ki, bu barədə Yaponiya şirkətinin dərc etdiyi statistik məlumatlarda deyilir.

Bildirilir ki, 2024-cü ildə şirkətin satış həcmi 3,7% azalsa da, “Toyota” dünya üzrə 10 821 480 nəqliyyat vasitəsi satıb. Bu, ona növbəti dəfə alman  avtomobil istehsalçısı “Volkswagen”i geridə qoymağa və ardıcıl beşinci il dünyada birinci yeri tutmağa imkan verib.

Qeyd olunur ki, Almaniya konserni ötən il dünyada təxminən 9,02 milyon avtomobil satıb - şirkətin satışları da il ərzində 2,3% azalıb. Üçüncü yeri dünya üzrə 7,23 milyon avtomobil satan Koreyanın “Hyundai Motor” şirkəti (2023-cü ilə nisbətən 1% az) tutub.