Müəllif:Mehin Qasımova,Banco.az
Avropada artan geosiyasi gərginlik və müdafiə siyasətindəki dəyişikliklər iri avtomobil istehsalçılarını hərbi layihələrə cəlb etməyə başlayıb.
Banco.az xəbər verir ki, Fransanın avtomobil nəhəngi "Renault" ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi çərçivəsində yerli dron sənayesinin inkişafına töhfə verəcəyini açıqlayıb.
Şirkətin yaydığı məlumata görə, "Renault" bu layihəyə Fransa Silahlı Qüvvələr Nazirliyinin birbaşa dəvəti ilə qoşulub.
Şirkətdən Fransa dron ekosisteminin inkişafı üçün sənayeləşmə və istehsal sahəsindəki təcrübəsini paylaşması xahiş olunub.
Layihənin ümumi koordinasiyası Fransa Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.
