Avrozonanın dövlət borcu artıb | Banco.az

Avrozonanın dövlət borcu artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti bu ilin ikinci rübündə 88,1 faizə yüksəlib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2024-cü ilin ikinci rübü üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın dövlət borcu və büdcə kəsiri məlumatlarını açıqlayıb.

Məlumatlara görə, Avrozonada birinci rübdə 87,8 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti ikinci rübdə 88,1 faizə yüksəlib.

Aİ-də birinci rübdə 81,3 faiz olan dövlət borcunun ÜDM-ə nisbəti ikinci rübdə 81,5 faizə çatıb.

Beləliklə, ümumi dövlət borcu Avrozonada 13 trilyon 95 milyard avroya, Aİ-də isə 14 trilyon 300 milyard avroya yüksəlib.

Aİ-yə üzv ölkələr arasında ilin ikinci rübündə dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkə 163,6 faiz  ilə Yunanıstan olub.

Aİ-də birinci rübdə 2,9 faiz olan büdcə kəsirinin ÜDM-ə nisbəti isə ikinci rübdə 3,1 faizə yüksəlib. Avrozonada büdcə kəsirinin ÜDM-ə nisbəti ikinci rübdə 3 faiz səviyyəsində sabit qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram