Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada sənaye istehsalı ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə 2,6 faiz artıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) dekabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın mövsümi düzəliş edilmiş sənaye istehsalı məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, Aİ və Avrozonada sənaye istehsalı dekabr ayında ötən ilin noyabr ayına görə 2,6 faiz, əvvəlki ilin eyni dövrünə görə isə 1,2 faiz artıb.
Ekspertlər Avrozonada sənaye istehsalının aylıq 0,2 faiz, illik isə 4,1 faiz azalacağını gözləyirdilər.
Digər tərəfdən, region ölkələrində 2023-cü ildə orta sənaye istehsalı əvvəlki ilə nəzərən 2,4 faiz, Aİ-də isə 2 faiz azalıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında Aİ ölkələri arasında sənaye istehsalında ən böyük aylıq azalma 7,4 faiz ilə Sloveniyada, 4,3 faiz ilə Xorvatiyada və 2,7 faiz ilə Finlandiyada qeydə alınıb. Ən yüksək artımın 23,5 faiz ilə İrlandiyada, 6,6 faiz ilə Hollandiyada və 5,6 faiz ilə Danimarkada olduğu müəyyən edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!