Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada İstehsalçı Qiymətləri İndeksi (PPI) aprel ayında aylıq 1 faiz azalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi Avropa İttifaqı (Aİ) və Avrozonanın aprel ayı üzrə PPI məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, Aİ-də PPI aprel ayında əvvəlki ayla müqayisədə 0,7 faiz, 2023-cü ilin eyni ayı ilə müqayisədə isə 5,5 faiz azalıb.
Avrozonada sözügedən indeks aprel ayında aylıq 1 faiz, illik 5,7 faiz azalıb.
Bazarların proqnozu Avrozonada indeksin aylıq 0,6 faiz, illik isə 5,1 faiz azalacağı istiqamətində idi.
Aİ ölkələri arasında PPI üzrə aprel ayında aylıq ən çox azalma 3,6 faiz ilə Fransada, 1,9 faiz ilə Xorvatiyada və 1,8 faiz ilə Yunanıstanda qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!