Avrozonada istehsalçı qiymətləri artım göstərib | Banco.az

Avrozonada istehsalçı qiymətləri artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehsalçı qiymətləri sentyabr ayında artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) sentyabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın İstehsalçı Qiymət İndeksi (PPI) məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, Aİ-də PPI sentyabr ayında əvvəlki ayla müqayisədə 0,6 faiz artıb, 2022-ci ilin sentyabr ayı ilə müqayisədə isə 11,2 faiz azalıb.

Avrozonada PPI sentyabr ayında aylıq 0,5 faiz artıb, illik isə 12,4 faiz azalıb.

Qeyd edək ki, bazar proqnozları Avrozonada PPI-nin aylıq 0,5 faiz artacağı və illik 12,5 faiz azalacağı idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram