Müəllif: Tamara Mustafayeva, Banco.az
Oktyabr ayında Avrozonada işsizlik nisbəti dəyişməz qalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın oktyabr ayı üzrə işsizlik göstəricilərini dərc edib.
Məlumatlara görə, Aİ-də sentyabr ayında 6 faiz olan mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti oktyabr ayında dəyişməz qalıb.
Avrozonada da sentyabr ayında 6,5 faiz olan işsizlik səviyyəsi oktyabr ayında dəyişməyib.
Sözügedən dövrdə Aİ-də işsizlərin sayı 13 milyon 171 min nəfər olduğu halda, onlardan 11 milyon 134 mini Avrozonada yaşayır.
Xatırladaq ki, ötən ilin oktyabr ayında işsizlik səviyyəsi Avrozonada 6,6 faiz, Aİ-də isə 6,1 faiz olaraq müəyyən edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!