Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada istehlak qiymətləri fevral ayında proqnozlara uyğun olaraq 2,6 faiz artıb.
Banco.az xəbər verir ki, Avropa İttifaqının Statistika Agentliyi olan Avrostat-ın məlumatlarına görə, region ölkələrində inflyasiya fevral ayında əvvəlki ayla müqayisədə 0,6 faiz artıb.
Avrozonada enerji və emal olunmamış qida qiymətləri istisna edilməklə hesablanan baza inflyasiya isə əvvəlki ilə nisbətən 3,3 faiz artıb. Bu da ekspertlərin proqnozları ilə uyğunluq təşkil edir.
Baza inflyasiya əvvəlki aya görə isə 0,6 faiz artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!