Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ay Avrozonada inflyasiya 2,8 faizə düşüb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın yanvar ayı üzrə ilkin inflyasiya məlumatlarını dərc edib.
Məlumatlar göstərir ki, region ölkələrində İstehlak Qiymətləri İndeksi (CPI) yanvar ayında illik 2,8 faiz təşkil edib. Bu, iqtisadçıların proqnozlana uyğun göstəricidir.
Ötən ilin dekabr ayında Avrozonada CPI 2,9 faiz idi.
Qeyd edək ki, regionda baza inflyasiya da yanvar ayında 3,3 faizə geriləyib. Dekabr ayında bu göstərici 3,4 faiz idi.
Yanvarda ərzaq məhsullarının, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində 5,7 faiz artım olub. İnflyasiya xidmət sektorunda 4 faiz, enerjidən başqa digər məhsullarda isə 2 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!