Avrozonada inflyasiya 2,2 faizə çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avrozonada inflyasiya 2,2 faizə çatıb

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa Statistika İdarəsi Avrozona və Avropa İttifaqı (Aİ) üzrə sentyabr ayı üzrə yekun inflyasiya rəqəmlərini açıqlayıb. 

Banco.az xəbər verir ki,Avrozonada qiymətlər sentyabrda keçən ilin eyni ayına görə 2,2 faiz , avqusta görə isə 0,1 faiz artıb.

Avrozonada  baza inflyasiyası sentyabrda illik bazda 2,4 faiz, aylıq bazda isə 0,1 faiz artıb.

Sentyabrda Aİ-də illik inflyasiya 2,6 faiz səviyyəsində ölçülüb. Bölgədə aylıq inflyasiya 0,1 faiz təşkil edib.

Ötən ilin eyni ayı ilə müqayisədə sentyabrda qiymətlər Almaniyada 2,4 faiz, Fransada 1,1 faiz, İtaliyada 1,8 faiz, İspaniyada isə 3 faiz artıb.