Avrozonada inflyasiya 1,9 faizə düşüb | Banco.az

Avrozonada inflyasiya 1,9 faizə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Statistika Ofisi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın dekabr ayına dair inflyasiya göstəricilərini açıqlayıb.

Banco.az xəbər verir ki, məlumata görə, Avrozonada noyabr ayında 2,1 faiz olan illik inflyasiya dekabrda 1,9 faizə enib. Dekabr ayında inflyasiya aylıq bazda isə 0,2 faiz təşkil edib. Bazar gözləntiləri inflyasiyanın dekabrda illik bazda 2 faiz, aylıq bazda isə 0,2 faiz olacağı istiqamətində idi.

Avrozonada dekabr ayında baza inflyasiya illik bazda 2,3 faiz, aylıq bazda isə 0,3 faiz səviyyəsində müəyyən edilib.

Aİ-də isə noyabr ayında 2,4 faiz olan illik inflyasiya dekabrda 2,3 faizə enib, aylıq inflyasiya isə 0,1 faiz olub.

Dekabr ayında inflyasiya ötən ilin eyni ayı ilə müqayisədə Almaniyada 2 faiz, Fransada 0,7 faiz, İtaliyada 1,2 faiz və İspaniyada 3 faiz səviyyəsində qeydə alınıb.

Avropa Mərkəzi Bankının (ECB) Avrozonada inflyasiya hədəfi də 2 faiz səviyyəsində müəyyən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram