Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrostat Avrozonada ÜDM-in aylıq 0,1 faiz, illik isə 1,5 faiz artdığını açıqlayıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın 2025-ci ilin II rübünə dair iqtisadi artım göstəricilərini açıqlayıb.
Məlumatlara görə, 2025-ci ilin II rübündə mövsümi amillərdən təmizlənmiş ümumi daxili məhsul (ÜDM) əvvəlki rüblə müqayisədə Avrozonada 0,1%, Aİ-də isə 0,2% artıb.
Avrozonada rüblük ÜDM artımı 2024-cü ilin I rübündən bəri ən aşağı səviyyədə qeydə alınıb.
2025-ci ilin I rübündə isə ÜDM Avrozonada 0,6%, Aİ-də isə 0,5% artmışdı.
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu da Avrozonada iqtisadiyyatın əvvəlki rüblə müqayisədə 0,1% artacağı istiqamətində idi.
Mövsümi amillərdən təmizlənmiş ÜDM isə ötən ilin eyni dövrü ilə müqayisədə Avrozonada 1,5%, Aİ-də isə 1,6% yüksəlib. Halbuki, əvvəlki rübdə illik əsasda artım Avrozonada 1,6%, Aİ-də isə 1,7% olmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!