Avropada təbii qaz ucuzlaşıb | Banco.az

Avropada təbii qaz ucuzlaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

Avropada təbii qaz qiymətləri 2024-cü ilin martından bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, London ICE birjasının məlumatına görə,  ticarətin başlanğıcında TTF qovşağı indeksi üzrə yanvar ayı təbii qaz fyuçersləri min kubmetr üçün 335 dollara düşüb.

Qeyd edək ki, keçən qış Avropada birja qiymətləri min kubmetr üçün 630 dollara qədər yüksəlib.

Qiymətlərin enməsində iki əsas amil rol oynayıb. Birincisi, gözləniləndən yüksək hava temperaturu olub ki, bu da yanacaq sərfiyyatını azaldır və ehtiyatların sürətlə tükənməsi ilə bağlı narahatlıqları zəiflədir.

İkincisi, Ukraynada hərbi əməliyyatlara son qoymaq üçün aparılan danışıqların intensivləşməsi bazarda ümidləri artırır.

Bazar iştirakçıları gözləyirlər ki, mümkün saziş Avropa İttifaqının Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü qadağan etmək planlarını yenidən gözdən keçirməsinə səbəb ola bilər.

Əvvəllər bildirildiyi kimi, Rusiyanın LNG ixracı 2025-ci ilin yanvar-noyabr aylarında 2% azalararaq 28,4 milyon tona düşüb. Xüsusilə Avropaya tədarüklər 16% azalaraq 12,3 milyon ton təşkil edib.