Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrostat Aİ-də pərakəndə satışların aylıq 0,7 faiz azaldığını, illik isə 1,9 faiz artdığını açıqlayıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın may ayına dair pərakəndə satış göstəricilərini açıqlayıb.
Məlumatlara əsasən, Aİ-də pərakəndə satışlar may ayında əvvəlki ayla müqayisədə 0,8 faiz azalıb, lakin əvvəlki ilin eyni ayına nəzərən 1,9 faiz artım qeydə alınıb.
Avrozonada isə pərakəndə satışlar may ayında əvvəlki ayla müqayisədə 0,7 faiz azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,8 faiz artıb.
Bununla belə, bu il ərzində Aİ və Avrozonada pərakəndə satışların ilk dəfə azalma göstərdiyi müşahidə olunur.
Bloomberg-in sorğusunda iştirak edən 15 iqtisadçının orta proqnozuna görə, Aİ-də pərakəndə satışların aylıq əsasda 0,6 faiz azalacağı, illik əsasda isə 1,4 faiz artacağı proqnozlaşdırılırdı.
Bizi sosial şəbəkələrdən izləyin!!