Müəllif:Mehin Qasımova,Banco.az
Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiya prosesinin dondurulması barədə qərar qəbul edib.
Banco.az xəbər verir ki, Sosial Demokratlar qrupunun sədri İraçe Qarsiya Peres jurnalistlərə açıqlamasında bildirib ki, əsas siyasi partiyaları təmsil edən deputatların əksəriyyəti bu mövqeni dəstəkləyib.
Qərara əsasən, saziş üzrə müzakirələr dayandırılır. Müzakirə mərhələsi tamamlanmadan sənədin ratifikasiyası mümkün hesab edilmir.
BFMTV bu addımı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-a birləşdirilməsini dəstəkləməyən bəzi Avropa ölkələrinə qarşı tarif tətbiq edəcəyi ilə bağlı hədələrinə cavab olaraq Avropa İttifaqının atdığı ilk konkret addım kimi qiymətləndirib.
Qeyd edək ki, sözügedən ticarət sazişi ABŞ-ın Avropa İttifaqından idxal edilən mallara 15 faiz tarif tətbiq etməsini, eyni zamanda ABŞ-dan gətirilən bəzi məhsullara Avropa tariflərinin ləğvini nəzərdə tutur.
