Müəllif: Mehin Qasımova, Banco.az
Avropa Komissiyası İlon Maskın sahibi olduğu "X" platformasına süni intellekt çatbotu "Grok" ilə bağlı bütün daxili sənədlərin və məlumatların 2026-cı ilin sonuna qədər saxlanılması barədə rəsmi göstəriş verib.
Banco.az xəbər verir ki, qərar Brüsselin "X" platformasına təzyiqləri artırdığı bir dövrə təsadüf edir.
Avropa Komissiyası platformada qanunsuz məzmunun yayılması ilə bağlı riskləri əsas gətirərək, "X" üzərində daha dərin tənzimləyici müdaxilə ehtimalını gündəmə gətirib.
Komissiyanın mövqeyinə görə, süni intellekt alətlərinin, xüsusilə Grok-un fəaliyyəti ilə bağlı məlumatların qorunması gələcək araşdırmalar və mümkün hüquqi addımlar üçün vacibdir. Bu isə X-in Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində daha ciddi nəzarət altına alına biləcəyini göstərir.
Lakin analitiklər hesab edir ki, proses təhlükəsizlikdən daha çox nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir. Onların fikrincə, Aİ mərkəzləşdirilmiş nəzarətə tabe olmayan və İlon Maskın ifadə azadlığına üstünlük verdiyini iddia etdiyi bir platformanı hədəfə alır.
Bu addım Brüssel İlon Mask və rəqəmsal ifadə azadlığı arasında davam edən gərginlikdə yeni mərhələnin başladığını göstərir və Avropa İttifaqının texnoloji platformalara münasibətdə daha sərt xətt seçdiyini ortaya qoyur.
