Avropa Komissiyası "Google"u 3 milyard avroya yaxın cərimələyib | Banco.az

Avropa Komissiyası "Google"u 3 milyard avroya yaxın cərimələyib

Avropa Komissiyası reklam texnologiyaları sektorunda Aİ rəqabət qaydalarını pozduğuna görə ABŞ-ın "Google" şirkəti ilə bağlı araşdırmasının tamamlandığını açıqlayıb.

Banco.az xəbər verir ki, açıqlamada Google-un öz onlayn reklam texnologiyası xidmətləri vasitəsilə rəqiblərinə güzəştlər təqdim edərək qaydaları pozduğu və şirkətin bu səbəbdən 2,95 milyard avro cərimələndiyi qeyd edilib.

Bəyanatda, həmçinin, AB Komissiyasının Google-a öz üstünlük təcrübələrinə son qoyması və reklam texnologiyaları tədarük zəncirindəki maraqlar toqquşmasını aradan qaldırması əmri verdiyi və şirkətin 60 gün ərzində bu istiqamətdə atacağı addımlar barədə Aİ-ni rəsmi məlumatlandırmalı olduğu bildirilib.