Beynəlxalq maliyyə bazarlarında bu gün güclü dalğalanmalara səbəb ola biləcək Amerikadan önəmli statistik məlumatlar açıqlanacaqdır.
EUR/USD məzənnəsi 1.11$-a kimi də ucuzlaşa bilər
Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşaraq 1.12$-ın altında ticarət edilməkdədir. Təhlillər qiymətin 1.11$-a kimi də ucuzlaşa biləcəyini ehtimal etməyə əsas verir.
USD/TRY üzrə bahalaşma proqnozları
USD/TRY məzənnəsi 5.97TL-yə ticarət edilməkdədir və 5.98TL-ni də yuxarı istiqamətdə qıracağı təqdirdə, 6.08TL-yə kimi də bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.
Brent nefti 68$-a kimi də ucuzlaşa bilər
Avropanın Brent nefti ucuzlaşmaqda davam edir. Enerji birjalarında artıq 71$-ın altında ticarət edilən bir barel üzrə qiymət, 68$-a kimi də dəyər itirə bilər.
ABŞ-ın əmək bazarında önəmli göstəricilər açıqlanacaq
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
İnvestAz