Müəllif:Mehin Qasımova,Banco.az
"Audi" 2029-cu ilə qədər 7500 işçisini ixtisar edəcək.
Banco.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Məlumata görə, bu, ortamüddətli perspektivdə ona ildə təxminən 1 milyard avro qənaət etməyə kömək edəcək. İxtisarlar inzibati şöbələrə və inkişafla məşğul olan şöbələrə təsir edəcək. İxtisar planı artıq işçiləri təmsil edən işçi şurası ilə razılaşdırılıb. Şirkətin qalan işçiləri üçün iş zəmanəti 2033-cü ilə qədər uzadılacaq.
"Audi" azalan tələb, artan xərclər, Çin şirkətlərinin artan rəqabəti və digər çətinliklər fonunda işdən çıxarma elan edən ən son avtomobil istehsalçısı oldu.