ARDNF bu il hərraclarda 1,7 mlrd. dollar satıb | Banco.az

ARDNF bu il hərraclarda 1,7 mlrd. dollar satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) iyun ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.

ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 373,2 mln. dollar məbləğində vəsait satılıb.

Xatırladaq ki, ARDNF yanvar-may ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 1 mlrd. 314,2 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin I yarısında ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 687,4 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

Mənbə: Report.az