Müəllif: Tamara Mustafayeva, Banco.az
"Apple"ın Hindistanda istehsal gücünü artırmaq cəhdi sahədəki texniki heyətin dəyişməsi ilə gözlənilməz bir sürprizlə üzləşib.
Banco.az xəbər verir ki, Tayvan mərkəzli elektronika istehsalçısı "Foxconn"un Hindistandakı iPhone istehsal zavodlarında çalışan yüzlərlə çinli mühəndisi ölkələrinə geri çağırması prosesi mənfi təsirləyə biləcək bir addım kimi qiymətləndirilir. Bu addım Çin rəsmilərinin Cənubi Asiyaya texnologiya və işçi qüvvəsi transferlərini daha sərt nəzarətə almaq istəyilə əlaqələndirilir.
Geri çağırılan işçilərin "Foxconn"un Hindistandakı iPhone zavodlarında işçi qüvvəsinin əsas hissəsini təşkil etdiyi, orada yalnız tayvanlı dəstək heyətinin qaldığı qeyd olunub.
Bu qərar, "Apple"ın avadanlıqları üçün Çin istehsalına asılılığını azaltmaq məqsədilə "Foxconn" və digər "Apple" tədarükçülərinin Hindistanda istehsalı artırmasından sonra verilib. Bütün bunlarla yanaşı, çinli işçilərin olmaması iPhone 17 istehsal prosesinə təsadüf edib. Bu zamanlama "Apple"ın istehsal cədvəlində gecikməyə səbəb ola bilər.
"Apple"ın CEO-su Tim Kuk şirkətin ABŞ-dakı tariflər və ticarət riskləri ilə bağlı qeyri-müəyyənliyi aradan qaldırmaq üçün Hindistandan daha çox iPhone idxal etdiyini bildirib.
"Foxconn"un bu gün Asiya, Avropa və Cənubi Amerikada çoxsaylı zavodları fəaliyyət göstərir və bu zavodlar dünya istehlak elektronikası bazarının 40 faizini istehsal edir.
Bizi sosial şəbəkələrdən izləyin!!