Müəllif:Mehin Qasımova,Banco.az
Apple Kaliforniyanın Kupertino şəhərində yerləşən baş qərargahında keçirilən tədbirdə yeni smartfon, ağıllı saat və simsiz qulaqlıqlarını təqdim edib.
Banco.az xəbər verir ki, bu model Apple-ın indiyədək ən nazik smartfonu olacaq. "iPhone 17" hər iki tərəfdə keramika örtüklərlə qorunur, daha yüngül və davamlı dizayna malikdir.
Yeni "iPhone 17" modeli süni intellekt xüsusiyyətləri, daha böyük ekran, daha incə çərçivə və sürətli enerji doldurma imkanı ilə təqdim edilib. "iPhone 17" beş fərqli rəngdə satışa çıxarılacaq.
"iPhone 17" Pro və "iPhone 17" Pro Max modelləri daha güclü performans, təkmilləşdirilmiş kamera sistemi və uzun batareya ömrü ilə fərqlənir. Şirkət Pro modelinin qiymətini 100 dollar artıraraq 1099 dollardan başlayan qiymətlə satışa təqdim edəcək.
Yeni "AirPods" Pro 3 modeli səs-küyün ləğvi, ürək döyüntüsünün təyini və real vaxt rejimində nitqin tərcüməsi funksiyalarını təklif edir. Qulaqlığın qiyməti 249 dollardır.
"Apple Watch Series 11" yüksək qan təzyiqinin izlənməsi funksiyası ilə təqdim olunub. "Watch Ultra" 3 isə 42 saata qədər batareya ömrü, genişlənmiş sağlamlıq və təhlükəsizlik xüsusiyyətləri ilə fərqlənir. Saatların qiyməti 249 dollardan başlayır.
Yeni "iPhone" modelləri və digər cihazlar üçün ilkin sifarişlər bu həftə cümə günündən etibarən 60-dan çox ölkədə açılacaq. Satışların isə sentyabrın 19-da başlanacağı bildirilib.