Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple”ın Çində “iPhone” tədarükü dördüncü rübdə 2 faiz azalıb.
Banco.az xəbər verir ki, smartfon biznesi ABŞ sanksiyalarından ciddi şəkildə zərər çəkən “Huawei” ötən il yeni təqdimatları ilə geri qayıdıb.
Bununla da, 2023-cü ilin son rübündə cəmi 1,2% böyüyən dünyanın ən böyük smartfon bazarı olan Çindəki rəqabət də güclənib.
Araşdırma şirkəti “IDC” tərəfindən tərtib olunan məlumatlara görə, ilin son rübündə “Huawei”in tədarük həcmi 36,2% artıb.
Məlumatlar göstərir ki, “Apple”ın Çində smartfon tədarükü 2023-cü ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1% azalıb və “Huawei” başda olmaqla yerli rəqiblərin artan rəqabətindən əziyyət çəkib.
Tədarük həcmindəki azalma bəzi Çin şirkətləri və dövlət qurumlarının işçilərin “Apple” cihazlarından istifadəsini məhdudlaşdırması ilə ABŞ-ın texnologiya nəhənginin üçüncü ən böyük bazarında üzləşdiyi çətinliklərin təzahürüdür.
Bizi sosial şəbəkələrdən izləyin!!