Analitiklər proqnozlarını yeniləyiblər: Qızıl qiymətləri bu rəqəmə çata bilər | Banco.az

Analitiklər proqnozlarını yeniləyiblər: Qızıl qiymətləri bu rəqəmə çata bilər

Həftəni 2859 səviyyəsində tamamlayan qızıl unsiyası, Tramp-Zelenski görüşündən sonra yaranan qeyri-müəyyənliklər və Rusiya-Ukrayna müharibəsinin təsiri ilə həftəyə alış üstünlüyü ilə başladı.

Banco.az xəbər verir ki, bu alışlarla unsiya qızıl 2880 müqavimətini aşaraq 2892 səviyyəsinə yüksəldi və bu gün 2880 dəstəyindən reaksiya alışları ilə yüksəliş tendensiyası davam edir. Hazırda trend xəttində 2925 səviyyəsində olan qızıl alışlar davam edərsə yenidən yüksəliş trendinə girə bilər. Bu ssenaridə ilk müqavimət səviyyəsi 2950 olacaq, yüksəlişin davamında isə 2980 və 3000 səviyyələri hədəf alına bilər. Mümkün mənfəət satışları vəziyyətində ilk dəstək səviyyəsi 2900, bu səviyyənin altında isə 2880 və 2840 dəstəkləri izlənəcək.

Qeyd edək ki, qızıl qiymətləri ABŞ prezidenti Donald Trampın Meksika, Kanada və Çinə tətbiq etdiyi yeni gömrük rüsumları ilə bahalaşıb. Ticarət gərginliyindən sonra təhlükəsiz liman tələbi səbəbiylə investorlar qızıla üz tutduqca analitiklər proqnozlarını yeniləyiblər.

UBS-in analitiki Giovanni Staunovo bildirib ki, ABŞ iqtisadiyyatında hər hansı bir yavaşlama əlaməti FED-in faiz dərəcələrinin  daha da aşağı salınması çağırışını dəstəkləyəcək və qızılın qiymətini dəstəkləyəcək:

"Biz qızılın növbəti həftələrdə yüksək səviyyələri yenidən sınayacağını gözləyirik". 

JPMorgan, 2025-ci ilin dördüncü rübündə qızılın unsiyasının 3000 dollara yaxınlaşacağını gözlədiyini qeyd edib.