Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən maliyyələşdirilən Amerikanın Səsi (Voice of America) media təşkilatında 600-ə yaxın insan işdən çıxarılıb.
Banco.az xəbər verir ki, New York Times (NYT) qəzetinin xəbərinə görə, Vaşinqton administrasiyası tərəfindən maliyyələşdirilən bəzi media qurumlarında büdcənin və işçi sayısının azaldılması məqsədilə atılan addımlar çərçivəsində VOA (Amerikanın Səsi) daxilindəki jurnalistlər bir daha hədəfə alınıb.
Trampın federal hökumət tərəfindən maliyyələşdirilən bəzi xəbər qurumlarında işçi sayısının azaldılmasına dair imzaladığı sərəncamdan sonra VOA-dakı ümumi işçi heyətinin təxminən 3-dən 1-nə bərabər olan təxminən 600 nəfərin işinə son verilib.
İşdən çıxarılan əməkdaşlara e-poçt vasitəsilə məlumat verilib.
Bundan əlavə, VOA-nın Vaşinqtondakı baş ofisi də dünən satışa çıxarılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!