Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Donald Tramp Vyetnamla ticarət sazişi imzaladığını açıqlayıb.
Banco.az xəbər verir ki, Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam ilə görüşündən sonra razılığa gəldiklərini bildirən Tramp bunun iki ölkə arasında böyük bir əməkdaşlıq anlamına gəldiyini vurğulayıb.
Tramp razılaşmanın şərtlərinə görə, Vyetnamdan ABŞ-a göndərilən mallara 20 faiz gömrük rüsumu tətbiq ediləcəyini, hər hansı bir tranzit (aktarma) halında isə bu göstəricinin 40 faiz olacağını bildirib.
Bunun əvəzində Vyetnamın “indiyə qədər heç etmədiyi bir şeyi edəcəyini” və ABŞ-a ticarət sahəsində “tam giriş haqqı” verəcəyini qeyd edən Tramp, “Başqa sözlə, bazarlarını ABŞ-a açacaqlar. Yəni məhsullarımızı Vyetnama 0 faiz gömrük rüsumu ilə sata biləcəyik,” deyə ifadə edib.
Tramp ABŞ-da “son dərəcə uğurlu” olan iri mühərrikli avtomobil (SUV) istehsalının Vyetnamdakı məhsul çeşidinə “mükəmməl” bir töhfə verəcəyini düşündüyünü bildirib.
ABŞ Prezidenti Trampın 2 aprel tarixində elan etdiyi, lakin bir həftə sonra 90 gün müddətinə təxirə salınan qarşılıqlı tariflərdə Vyetnama 46 faiz səviyyəsində gömrük rüsumu tətbiq edilməsi nəzərdə tutulmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!